Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Baş nazirin xanımı boşanmaq istəyir


Italiyanin Baş naziri Silvio Berluskoninin xanımı Veronika Lario daha onunla həyata yoldaşlıq etmək istəmir. Bazar günü Lario elan edib ki, boşanmaq fikrində qətidir.

Baş nazir arvadını qəzəbləndirən hadisə bu günlərdə Avropa Birliyində keçiriləcək seçkilərə İtaliyadan olan namizədlərin müəyyən edilməsi prosedurası olub.

Berluskoninin rəhbərlik etdiyi partiyanın xətti ilə keçirilən bu müsabiqədə münsiflər heyəti iştirakçılar arasında əsasən fotomodellərə, aktrisalara və cəlbedici gənc qızlara üstünlük verdi.

Bu seçimi kəskin tənqid edən Veronika Lario bazar günü ANSA agentliyinə bəyanat verərək dedi ki, bu, seçim prosesi yox, Berlusconini əyləndirmək üçün təşkil olunan cəfəng şou idi. “Bilmək olmurdu namizədlərin paltarları, yoxsa siyasi təcrübələri daha qısa idi” – deyə Lario kinayəsini gizlətmirdi.

BERLUSKONİ ARVADININ QƏZƏBİNİ SİYASİ RƏQİBLƏRİNİN AYAĞINA YAZIR

Ərini qadınlara həddən ziyadə diqqətdə ittiham edən Veronika Lario özü də vaxtilə aktrisa olub. O, 19 il əvvəl özündən 20 yaş böyük olan Berlusconi ilə ailə qurub. Onların 3 böyük uşağı var.

Berlusconi özü həyat yoldaşının qəzəbini solçu qüvvələrin təxribatı kimi qiymətləndirərək deyib ki, Larioyaya şaiyələri məhz onlar çatdırıblar. O öz siyasi rəqiblərini zövqsüzlükdə günahlandırıb.

“Məm heç vaxt yalnız zahiri görünüş əsasında seçim etmərəm. Sadəcə, bəzilərindən fərqli olaraq istəyirik ki, Avropa səviyyəsində bizi cındırından cin hürkən adamlar əvəzinə, xoş təəssürat bağışlayan intellektual şəxlər təmisl etsin” – deyə baş nazir öz mövqeyini izah edib.

AİLƏ ZİDDİYƏTİ İLLƏRDİR DAVAM EDİR

Berlusconilərin ailə münaqişəsi ilk dəfə deyil ki, mətbuat səhifələrinə ayaq açır.

2007-ci ildə Berluskoninin gözəllik müsabiqəsinin qalibinə dediyi kompliment İtaliya mediasının diqqətini cəlb etdi. “Sən elə gözəlsən ki, evli olmasaydım elə buradaca səninlə kəbin kəsərdim” deyən Berluskoninin sözləri Veronika Larionu hiddətləndirmişdi.

Bir başqa ailə böhranı isə Berluskoninin 18 yaşlı bir qızın ad günü məclisinə qatılmasından sonra baş verdi.

Xanımının qısqanclıq bəyanatlarına cavab verən Berlusconi demişdi ki, dostunun qızının ad gününə dəvət alanda ona yox deməyib.

Larionun cavab isə kinayə ilə dolu idi: “Doğrudan? Bu məni təəccübləndirir, cünki Silvio elə məşğul adamdır ki, hec öz doğma uşaqlarınını 18 yaşını qeyd etməyə vaxtı olmur”

MƏSƏLƏNİN KÖKÜ VƏRƏSƏLİKDƏDİR?

Berluskoni əvvəlcə boşanma ehtimalı haqda jurnalistlərlə danışmaq istəməsə də, qəzəbini boğa bilməyib Veronikadan ayrilacağını bəyan etdi. Səbəbini isə siyasi motivlərlə bağladı.

Dedi ki, Veronikanın onun apardığı seçki kampaniyasının ən qızğın vaxtlarında belə bəyanatlarla çıxış etməsi ilk dəfə deyil.

Berluskonilər arasındakı soyuq müharibənin səbəblərindən yazan İtaliya mediası belə bir versiya da irəli sürür ki, münaqışənin əsas səbəbi Baş nazirin hesaba gəlməyən şəxsi sərvətinin kimə miras qalması üstündədir.

Veronika Lario vərəsəlik məsələsində 72 yaşlı Berluskoninin birinci arvadından olan uşaqlarının da adlarının hallanmasından narazıdır.
XS
SM
MD
LG