Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

Müxalifət liderləri təşviqat qruplarında birgə iştirak edəcək


Siyasi partiya liderləri referendum əleyhinə təşviqat qruplarının tərkibində birgə iştirak edəcəklər
Siyasi partiya liderləri referendum əleyhinə təşviqat qruplarının tərkibində birgə iştirak edəcəklər
Siyasi partiya liderləri referendum əleyhinə təşviqat qruplarının tərkibində birgə iştirak edəcəklər.

Onlar bunu fevralın 11-də Sülh və Demokratiya İnstitutunun ofisində keçirilən dəyirmi masada bildiriblər.

Sülh və Demokratiya İnstitutunun mətbuat üçün açıqlamasında qeyd olunur ki, liderlər bu təşviqat qruplarının imkanlarından birgə istifadə etmək barədə vahid mövqeyə gəliblər.

Dəyirmi masada aşağıdakı partiyalar iştirak ediblər.

1. Azərbaycan Xalq Cəbhəsi Partiyası
2. Azərbaycan Milli Demokrat Partiyası
3. Böyük Azərbaycan Partiyası
4. Klassik Xalq Cəbhəsi Partiyası
5. Azərbaycan Xalq Partiyası
6. Azərbaycan Liberal Partiyası
7. Vətəndaş və İnkişaf Partiyası
8. Azərbaycan Demokrat Partiyası
9. Müsavat Partiyası

Azərbaycanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanuna 30-a yaxın dəyişiklik təklif olunur. Müzakirəyə səbəb olan əsas dəyişiklik bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın ləğv edilməsidir.

Müxalifətin referendum əleyhinə yaratdığı təşviqat qruplarının («Azərbaycan Xalq Cümhuriyyəti», «Qarabağ və Respublika Uğrunda» və «Respublikaçılar») qeydə alınmasına MSK fevralın 11-də keçirilən iclasında baxacaq.
XS
SM
MD
LG