Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:28

Azərbaycanda islamofobiya?


Bəzi ekspertlərin fikrincə, Azərbaycanda müəyyən qədər İslamdan ehtiyatlanma var
Bəzi ekspertlərin fikrincə, Azərbaycanda müəyyən qədər İslamdan ehtiyatlanma var
Dinlə
Son vaxtlar islamofobiya haqqında çox danışılır. İslamofobiya nədir, hansı səbəblərdən yaranır və Azərbaycanda belə bir təhlükə varmı? «Azadlıq» radiosunun «İnternyus Azərbaycan»la birgə layihəsi olan «İslam və demokratiya» proqramının noyabr buraxılışdan məhz bu suallara cavab axtarılıb.

Verilişin qonağı olan Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyinin sədri Sərdar Yusifoğlu islamofobiyanı «cəmiyyətin İslamdan qorxması» kimi səciyyələndirir:

«Ekstremist qüvvələrin törətdiyi, amma ümumi müsəlmanların adına yazılan hadisələrə görə islamofobiya yaranır. Bir də görürsən, valideynlər öz övladlarına nəsihət verirlər ki, namaz qıl, amma evdə, məscidə getmə». S.Yusifoğlu deyir ki, Azərbaycanda İslamdan ehtiyatlanma, belə bir qorxunun heç olmadığını demək düzgün olmazdı.

Qonaq bildirir ki, bəzən islamofobiyanın yaranması səbəblərindən biri də KİV-də düzgün təbliğat aparılmaması ilə əlaqədardır: «Bəzən elə köşə yazarları olur ki, baxırsan Allaha ilişir, imam Mehdiyə ilişir».

DEVAMM-ın eksperti Seymur Rəşidov hesab edir ki, Azərbaycanda müəyyən qədər İslamdan ehtiyatlanma var: «Belə çəkinmə adi insanlar arasında yoxdur. Amma bəzən görürsən ki, məktəblərdə, universitetlərdə qadınların hicabda gəzməsini qadağa edirlər, iş yerlərində kiminsə namaz qılmasına icazə verilmir. Bunu da islamofobiyanın təzahürləri kimi saymaq olar».

DEVAMM təmsilçisi hesab edir ki, bu cür fikirlər cəmiyyətdə İslamla bağlı kifayət qədər maariflənmənin olmaması ilə bağlıdır: «Elə buna görədir ki, hansısa tapşırıq alan dövlət məmuru kimlərəsə yarınmaq üçün qanunsuz addımlar atırlar. Nəsə göstəriş verilir, polis isə saqqalı olanları həbs edib zorla onların saqqallarını qırxır».
XS
SM
MD
LG