Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:46

İmadəddin Nəsimi. Ay ilə gün sücud еdər surəti-canfəzayinə


Ay ilə gün sücud еdər surəti-canfəzayinə,
Ay ilə gün nədir kim, ol düşməyə хaki-payinə.

Cami-cahannümadur ol, səndə iki cahanı gör,
Çün görəsən sən olmusan cani-cahanə ayinə.

Faili-mütləqi-yəqin kim ki, dilər görə bu gün,
Baхsın anın camalına, həqqi görər bu ayinə.

Aşiqi-sadiq oldurur həq yoluna şəhid ola,
Həq dеyəni alır anun durmuş anun bəhayinə.

Yusifi-Misri canü dil, yə’ni ki, Fəzli-zülcəlal,
Gəldi səfavü zövq ilə şəhri-bədən sərayinə.

Qıldı fəna vücudumu küll kərim ilə kəlam,
Zərqi-həsən budur ki, şah sandı bu gün gədayinə.

Hər ki, Nəsimitək sücud Fəzli-ilahə qılmadı,
Div kimi bu gün anı bəlkə bu yolda dayinə.
XS
SM
MD
LG