Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:54

Prezidentin köməkçisi: 'Referendum islahatların davamıdır'


Əli Həsənov
Əli Həsənov

«Qonşu dövlətlərdə də mövcud reallıqlardan çıxış edərək konstitusiyada dəyişikliklər ediblər. Əslində, cəmiyyətdən gələn sosial sifarişlər bunu zəruri edir».

Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda «Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri» mövzusunda keçirilən seminar-müşavirədə deyib.

Ə.Həsənov xatırladıb, ki, bundan əvvəl də Azərbaycan Konstitusiyasına iki dəfə dəyişiklik edilib.

Buna da bax-Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Prezidentin köməkçisi deyib ki, Referendum Aktını ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır: «Dəyişikliklər dövlət orqanlarının fəaliyyətlərinidaha da təkmilləşdirilməsinə xidmət edir. Demokratik ölkələrdə insanları səsvermə prosesinə hazırlamaq ciddi məsələdir. Bu məsələdə dövlət orqanlarının və medianın rolu böyükdür».

Onun deməsinə görə, təkcə jurnalist vəsiqəsi kifayət edir ki, jurnalistlər səsverməni izləsinlər: «Medianın işi tərəflərə bərabər şərait yaratmaqdan ibarətdir. Media tam müstəqil olmalıdır. Biz mediaya milli maraqlarımızın müdafiəçisi kimi yanaşırıq. Amma təəssüflər olsun ki, bəzi media orqanları referendumla bağlı həqiqətəuyğun olmayan materiallar yayımlayır».

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Buna da bax-Arif Hacılı: 'Zaman gələcək, cavab verəcəklər'

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Müxalifət hesab edir ki, bu referendum cəmiyyətin yox, hakimiyyətdə olan Əliyevlər ailəsinin maraqlarına xidmət edir.

XS
SM
MD
LG