Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:18

Serbiya təmsilçisi müsabiqə mahnısını Azərbaycan dilində oxudu


Željko Joksimović
Željko Joksimović
Serbiyanın Eurovision 2012 təmsilçisi Željko Joksimović yarışmadakı «Nije ljubav stvar» mahnısını Azərbaycan dilində ifa edib.

Eurovision.az saytı xəbər verir ki, müğənni Bakı Caz Mərkəzində ilk dəfə olaraq mahnısını Azərbaycan dilində oxuyub.

Tamaşaçılar onun bu addımını ayaqüstü alqışlarla qarşılayıb.

Serbiya təmsilçisi Azərbaycan dilində öyrənməyə çalışdığını deyib.

Və çətin olmasına baxmayaraq mahnısını Azərbaycan dilində oxumasından məmnun olduğunu bildirib.

Sözügedən saytın məlumatına görə, Serbiya Bakıda keçiriləcək Eurovison təmsilçisini elan edən ilk ölkələrdəndir.

Željko Joksimović«Eurovision-2004»də Serbiya və Monteneqronu təmsil edərək 2-ci yerə layiq görülüb.

Željko həmçinin Bosniya və Herseqovinaya «Eurovision 2006»da 3-cü yeri qazandıran «Lejla» mahnısının müəllifidir.

O, Serbiya təmsilçisi «Eurovision-2008»də ifa etdiyi mahnının və Azərbaycanın «Eurovision-2010»dakı mahnısının Balkan versiyasını hazırlayıb.

Željko Joksimović«Eurovision-2012» də ifa edəcəyi mahnını da özü bəstələyib.
XS
SM
MD
LG