Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

Qəşəm Nəcəfzadə. Bulud (20-likdən)


Martın 27-də "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyi açıqlanır (ƏTRAFLI).


Qəşəm Nəcəfzadə


BULUD

Qoyun bu küçədə dayanım fikirləşim,
Başım bulud kimi yatıb qalsın havada.
Üstümdən maşın keçsin kefi istəyən kimi
Qan calansın maşının təkərinin altına
Asfaltın ortasında bir bulud yaman ölsün

Bir parca buluddu damarımda qan
Meni qaldırır göyə , ucuram
Yox həvəsim təzə köynək geyməyə,
Mən bu yerdən baş götürüb qaçıram.

Canım yaman ağrıyır fikirli ağac kimi
Mənə payız gəlmədi, mənə adamlar gəldi
Məni yağış vurmadı, mənə göz yaşı vurdu,
Ust basım yara oldu
Əynim-başım köhnəldi

Təzə köynək almaram köhnəyə söz yazmışam
Ölən günün izidi köynəyimdə ləkələr
Başım-beynim yuxulu, ürəyim fikirlidi
Damarımdan su çıxsa
Bəlkə ruhum dincələr.

Özümü atıram bu maşının altına.
Qoy desinlər bu axşam maşın bir bulud vurub
Sürücü düşüb desin nə gözəldi bu ölü,
Bu adamla maşının təkərləri yuyulub.
XS
SM
MD
LG