Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:29

Rəsmiyyə Sabir. Etiraf


Ana Vətən!
Sənin gözlərin önündə
ona görə
alçaltdılar ki, bizi
ölüb yerə girək.
Bir qarış da artsın
həşəratların
üzərində gəzdikləri bu torpaq.
… əlimdəki qələm
acizliyimin nişanəsidir.
Qılınca çevirə bilsəydim onu
başsız meyidlərdən
xilas olardı canın.
(Üzü qara olsun zamanın)
Səni qurtara bilmədim deyə,
özümü xilas etdim.
Bağışla məni, Ana Vətən!
Sənin üçün
yaşaya bilmədim deyə,
şəhid oldum…
XS
SM
MD
LG