Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:00

Süleyman Rüstəm. Gəl demə


Gəl demə, "Sevgilim unudub məni,
Yurdumu, yuvamı aramaz oldu".
Gəl demə, "Halıma ürəyi yanmır",
Demə, "xeyrə, şərə yaramaz oldu".

De görüm kimdə var məndəki dözüm,
Səni addım-addım aradı gözüm.
Uzanan yolları daradı gözüm,
Məgər bu yollarda yaram az oldu?!

Qınama uzaqdan-uzağa məni,
Unuda bilərmi sevən-sevəni?
Hər gün bu sahildən səslədim səni,
Səsimə səs verən tək Araz oldu.
XS
SM
MD
LG