Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:50

Süleyman Rüstəm. Deyilmi?


Durnalar, siz deyin, qan qardaşlarım
Gəlib dərd əlindən zara, deyilmi?
Odlar torpağının ürək parçası
Arazın o tayı, ora deyilmi?

İnsanlar göz açmır əlindən yasın,
Gülləri qaradır baharın, yazın.
Qoca ər evinə satılan qızın,
Örtüyü günütək qara deyilmi?

Süleyman, bağlısan o doğma yerə,
Vətənim deyirsən gündə min kərə.
Təbriz gözəlindən sənə xatirə,
Bağrında sızlayan yara deyilmi?!
XS
SM
MD
LG