Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:40

Eynulla Fətullayev: «Döyülən qızlardan birinin qolu da sınıb»



İyunun 15-də axşam saatlarında amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Celia Davies Bakıda naməlum şəxslərin hücumuna məruz qalıblar.

ABŞ səfirliyinin yaydığı yaydığı məlumatında qeyd edir ki, cinayətdən xəbərdardır və hücuma məruz qalanlara yardım edirlər:

«Zərərçəkənlər polisə məlumat veriblər, təhqiqat barədə bütün suallar Azərbaycan polisinə verilməlidir»- səfirlik belə deyir.

Amanda Eriksonun özü isə AzadlıqRadiosuna deyib:

«Mən hər hansı bəyanat vermək istəmirəm. Məncə, bizim hücuma məruz qalmağımız üçün hər hansı motiv olmayıb».

Həmin xanımlarla əməkdaşlıq edən Reportyorların Azadlıqğı və Təhlükəsizliyi
Emin Hüseynov
Təşkilatının rəhbəri Emin Hüseynovla əlaqə saxladıq. O qızların döyüldüyünü, Celia Devisin qolunun qırıldığını deyir. Hüquq müdafiəçisi yaxın günlərdə əməliyyat üçün Böyük Britaniyaya yola salınmalıdır.

«QIZLAR QORXUBLAR»

Emin Hüseynov da, həmin xanımları tanıyan jurnalist Eynulla Fətullayev də onların qorxduğunu, sarsıntı keçirdikləri üçün danışmaq istəmədiklərini deyirlər.

Eynulla Fətullayev:

«Qorxurlar. Mən deyirəm dəqiq döyüblər. Hətta onlardan birinin – Celianın qolunu sındırıblar. Altı-yeddi nəfər, idmançı görkəmində olublar. Qızlar da çox qorxublar. Onlar şokdadırlar. Azərbaycan hüquq-mühafizə orqanları maksimum 3 günə bunun üstünü açmalıdır. Özü də şəhərin hər yerində kameralar quraşdırılıb. Bu qədər vəsait ayrılıb».

HADİSƏNİN SƏBƏBİ NƏ OLA BİLƏR?


Emin Hüseynov konkret fikir deməyə çətinlik çəkir. Amma o hadisənin detallarına diqqət çəkir: «Bu xanımları bir neçə dəqiqə möhkəm döyüblər. Üstlərindən də heç nə götürülməyib: nə pul, nə kart, nə telefon. Onların üst geyimləri də qıcıqlandırıcı deyildi. Həmin gün Qurtuluş Günüylə bağlı atəşfəşanlığa gediblər. Yolda gedəndə izləndiklərini biliblər. Evlərinin düz qarşısında döyülüblər. Hətta güləş fəndindən istifadə ediblər. Onları bir neçə dəfə qaldırıb yerə vurublar. Üstəlik də bizim əməkdaşı - Celianı yerə yıxıb təpikləyiblər. Yenə deyirəm ki, heç nə götürülməyib. Sual edirəm bu kimə lazımdır? Dörd oğlan iki xanımı niyə qəddarlıqla döysün?»

«BU XULİQANLIQ YOX, ZORAKILIQDIR»


Eynulla Fətullayev qızların döyülməsini xuliqanlıq kimi dəyərləndirmir:
Eynulla Fətullayev

«Mən düşünmürəm ki, bu xuliqanlıqdır. Bu açıq zorakı aksiyadır. Məni bu hadisə dəhşətə gətirib. Şokdayam. Bu səhər biz görüşməliydik. Bu hadisə mənə pis təsir edib. Bir azdan gedib görüşəcəyik. Bu hadisə mütləq araşdırılmalıdır. Rəsmi təhqiqatla yanaşı ictimai təhqiqat da aparılmalıdır».

Emin Hüseynov bir məqama diqqət çəkir ki, Azərbaycanda birinci dəfədir
qadın, həm də əcnəbi jurnalist döyülür.

DİN: «BİZİM ÜÇÜN FƏRQİ YOXDUR ƏCNƏBİDİR, YA AZƏRBAYCAN VƏTƏNDAŞI»

Hər iki xanım iyunun 16-da hadisə ilə bağlı polisdə olublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyir ki, araşdırma aparmadan nəsə demək düz deyil:

«Bizim üçün fərqi yoxdur xarici ölkə vətəndaşıdır, ya Azərbaycan vətəndaşıdır. İstənilən şəxs cinayət xarakterli əməllə üzləşibsə, polisə müraciət etsin. Müraciət ediblərsə, bununla bağlı zəruri tədbirlər görüləcək ki, üstü açılsın. Araşdırma zamanı məlum olacaq ki, motiv nədir. Bəri başdan nəsə demək tələsik olardı».

Amanda EriksonCelia Davies yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirlər.

Erikson həmçinin «Washington Post» və «New-York Times» qəzetləri ilə əməkdaşlıq edir.

Apreldə İsveçdən olan üç jurnalist Bakıda saxlanılmış, bir gün sonra isə deportasiya olunmuşdu.
XS
SM
MD
LG